Sabiq Formula 1 komandasının rəhbəri olan Eddi Cordan hələ də ağır zədədən müalicə olunan və üzə çıxmayan Mixael Şumaxerdən danışıb. Sport24.az xəbər verir ki, o, 2013-cü ildə xizəkdən yıxılaraq ciddi xəsarət alan 7 qat dünya çempionuna görə həyat yoldaşı Koriannanın çətin vəziyyətdə olduğunu söyləyib: “Artıq 10 il ötüb, amma Korinna heç bir əyləncə məclisinə və ya şam yeməyinə gedə bilmir. O, sanki həbsxana həyatı yaşayır. Hamı Mixaaellə söhbət etmək istəyir, amma Korinna onların həmin hadisəni Şuminin yadına salmasını istəmir. Mən zədələndikdən sonra Şumaxerlə görüşmək istədim, həyat yoldaşı buna imkan vermədi. Mənim kimi belə insanların sayı çoxdu. Yalnız “Ferrari”nin sabiq rəhbəri Jan Todt belə bir imkan əldə etmişdi. Mənə dedilər ki, xətrimi çox istəyirlər, amma buna imkan verə bilməzlər”.