Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prisində dublla yadda qalan “Red Bull”un bu mövsüm asanlılqla çempion olacağını söyləyənlərin sayı çoxdu. Sport24.az xəbər ki, komanda rəhbərliyi bu fikiri yaxına buraxmasa da, möhtəşəm çıxış onları ruhlandırmaya bilməz.

Avstriya komandasının rəhbəri Kristan Horner ilk iki yarışda uğur qazanmaları haqda bunları söyləyib: “Hələ mövsümün əvvəlidi. Təqvim 23 Qran-pridən ibarətdi. İndidən nəticə çıxartmaq tezdi. Hələ ki, iki yarışı geridə qoymuşuq. Əminəm ki, hər şey dəyişəcək. Amma bu maşından daha çox şey ala bilərik. İstənilən halda, iki fantastik Qran-prini geridə qoyduq. Ötən bazar da iki pilotumuz arasında möhtəşəm yarışı izlədik. Dominantlıq edən iki bolidiniz varsa, bundan da gözəl tamaşa ola bilərmi?”.