Məşhur Almaniya avtomobil şirkəti “Porşe” 2026-cı ildə Formula 1 yarışlarına qoşulmaqdan imtina edib. Sport24.az xəbər verir ki, nüfuzlu avtoidman portallarının verdiyi məlumata görə, şirkət yalnız cari avtoidman layihələri ilə məşğul olmağı fikirləşir.

Hazırda “Porşe” Formula E və “Le Manın 24 saatı” yarışlarına diqqət ayırmaq istəyir. Buna baxmayaraq, Formula 1 Almaniya şirkətinin maraq dairəsində qalmağa davam edir. Sadəcə, yaxın gələcəkdə hansısa komanda ilə anlaşmaq fikrində deyillər.

Xatırladaq ki, ötən il “Porşe” “Red Bull”la danışıqlar aparsa da, sentyabr ayında Avstriya komandası ilə danışıqlar dayandırılmışdı. Nəticədə, “Red Bull” “Ford”la anlaşmışdı. Daha sonra “Maklaren” variantı ortaya atılmış, amma burada da tərəflər razılığa gələ bilməmişdi.