Növbəti mövsümdən Formula 1 üzrə Mayami Qran-prisi gecə keçirilə bilər. Sport24.az xəbər verir ki, hazırda yarışın təşkilatçıları bu planı həyata keçirmək üçün son hazırlıq işləri aparır.

Avtodromun məsul şəxslərindən biri olan Tom Qarfinkel mətbuata açıqlamasında bunları söyləyib: “Bu haqda Formula 1 rəhbərliyi ilə danışıqlarımız olub. Məlum məsələdir ki, belə aylarda havalar dəyişkən olur. Bu il hər şey yaxşı oldu, amma ötən il yarışı keçirərkən çox isti idi. Qran-prini gecə təşkil etmək üçün başqa səbəblərimiz də var. Bunu həyata keçirməyə hazırıq!”.