Azərbaycanı qadınlar arasında Çempionlar Liqasının 2025/26 mövsümündə təmsil edəcək komanda müəyyənləşib. Sport24.az xəbər verir ki, "Neftçi" ardıcıl ikinci dəfə qitəmiqyaslı turnirdə iştirak edəcək.

 

Bakı klubu bu hüququ AFFA Yüksək Qızlar Liqasının qalibi olmaqla qazanıb. "Ağ-qaralar" 1-ci yeri 13-cü turda əldə edib.

 

Baş məşqçi Siyasət Əsgərovun yetirmələri "Dirçəliş" üzərində 3:0 hesablı qələbə qazanmaqla çempionluğu rəsmiləşdirib. 12 oyundan sonra 36 xal toplayan "Neftçi" turnir cədvəlindəki ən yaxın izləyicisi "Sumqayıt"ı 10 xal qabaqlayır.

 

Qeyd edək ki, "Neftçi" ötən mövsümdə də çempion adını qazanıb.