"Turan Tovuz"un Misli Premyer Liqasında "Neftçi"yə qarşı uğursuz seriyası davam edib.
Sport24.az xəbər verir ki, Tovuz təmsilçisi çempionatdakı ardıcıl 8 qarşılaşmada "ağ-qaralar"ı məğlub edə bilmir.

Paytaxt klubu ötən gün 34-cu turda, səfərdə rəqibi 2:1 hesabı ilə üstələyib.

"Turan Tovuz" son olaraq 2023-cü il mayın 7-də "Neftçi"yə qalib gəlib. Meydan sahibləri həmin vaxt rəqib qapısından dörd cavabsız top keçirmişdi.

Dünənki matçadək 7 görüşün 3-də bakılılar qələbə qazanıbsa, 4-də bərabərlik qeydə alınıb.