Misli Premyer Liqasının 34-cü turuna Suraxanıda yekun vurulur. Sport24.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək matçda "Qarabağ" "Araz-Naxçıvan"ı qonaq edir.

 

Ağdamlılar çempionluğu rəsmiləşdirdiyindən bu matç Qurban Qurbanovun komandası üçün formal xarakter daşıyır. Naxçıvan təmsilçisi isə "bürünc" uğrunda mübarizə aparır. Elmar Baxşıyevin yetirmələri ağdamlılardan 1 xal qopa bilsə belə üçüncü yeri təmin edəcək.

 

Qeyd edək ki, oyunun start fiti saat 20:00-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

20:00. "Qarabağ" - "Araz-Naxçıvan" 2:0

Qollar: Musa Qurbanlı 35, Kaşuk 59

 

"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias

Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
Bakı. "Azersun Arena".