"Bavariya"nın vingeri Leroy Sane bu yay komandadan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 29 yaşlı almaniyalı klubun təklif etdiyi yeni müqavilədən razı deyil və Münhendən azad agent kimi ayrıla bilər. Futbolçu ilə "Arsenal", "Çelsi" və bəzi La Liqa komandaları maraqlanır.
Qeyd edək ki, Sane cari mövsümdə 44 oyunda meydana çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.