"Real" "Milan"ın müdafiəçisi Teo Ernandesin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, Madrid klubu 27 yaşlı fransalının mümkün transferi ilə bağlı artıq qarşı tərəflə danışıqlara başlayıb.  

 

Qeyd edək ki, futbolçunun "Milan"la müqaviləsi 2026-cı ilin iyununda başa çatır. O, 2017-2019-cu illər aralığında "Real"ın formasını geyinib.

 

Ernandes bu mövsüm 48 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 40 milyon avro qiymətləndirir.