Formula 1 üzrə gələcəkdə keçirilməsi planlaşdırılan Madrid Qran-prisinin trekinin xəritəsi məlum olub. Sport24.az xəbər verir ki, argentinalı Formula 1 şərhçşisi Adrien Puente sosial şəbəkə vasitəsilə həmin xəritənin şəkilin paylaşıb və layihənin tez bir zamanda həyata keçə biləcəyini yazıb.
Madridin meri Xose Luis Martines-Almeyda isə Formula 1 rəhbərliyi ilə danışıqlar apardıqlarını və bu sahədə irəliləyiş olduğunu bildirib. O, Formula 1 yarışının Madrid üçün böyük bir hadisə olacağını da sözlərinə əlavə edib.
Xatırladaq ki, hazırda İspaniyada yalnız Barselonada Qran-pri keçirilir. Bu il Formula 1 pilotları iyunun 2-4-də Kataloniyanın paytaxtında mübarizəyə qoşulacaq.