“Mersedes”in britaniyalı pilotu Lüis Hemilton baş rolda Bred Pittin oynayacağı Formula 1 haqda filmin məsləhətçisi olacaq. Sport24.az xəbər verir ki, 7 qat dünya çempionu artıq bu sahədə fəaliyyətə başlayıb. Mətbuata açıqlama verən Hemilton bunları söyləyib: “Hazırda biz Bred Pittin tərəf müqabili olacaq aktyorun seçimi ilə məşğuluq. Bu, mənim üçün böyük təcrübədir. Hələ ki, mənə göndərilən videoları izləyirəm. Bu filmə həm Formula 1-in bu günü, həm də gələcəyini nümayiş etdirən ekran əsəri kimi baxmaq istəyirəm. Ona görə də mən bu filmdə qadın mexanik və qadın pilot obrazlarını daxil etmək istəyirəm”.