"Formula 1" üzrə Niderland Qran-prisiyekunlaşıb.  Sport24.az xəbər verir ki, çempionluğa əsas namizədlərdən olan "Maklaren"dən Lando Norris birinci olub. Britaniyalı pilot 2024-25 mövsümündə ikinci qələbəsini qazanıb. 

 

"Redbull" pilotu Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler isə üçüncü olub.

 

Qeyd edək ki, bolidlərin növbəti mübarizəsi sentyabrın 1-i İtaliyanın Montsa şəhərində olacaq. Azərbaycan Qran-prisi isə 13-15 sentyabrda gerçəkləşəcək.