2026-cı ildə yenidən Formula 1-ə qayıdacaq. Sport24.az xəbər verir ki, “Honda” şirkəti əməkdaşlıq edəcəyi komanda ilə anlaşa bilməsə də, yaponiyalılar buna görə narahat deyil.

2021-ci ilə qədər “Red Bull” və “Alfa Tauri” üçün mühərrik istehsal edən şirkətə hazırda müraciət edənlər var. Mətbuata açıqlama verən “Honda”nın yarış məsələləri üzrə rəhbəri Kodzi Vatanabe bunları söyləyib: “2026-cı il üçün qeydiyyatdan keçdikdən sonra bəzi Formula 1 komandaları bizimlə əlaqə saxlayıb. Amma biz hələ ki izləmə mövqeyi tuturuq. İndiki məqamda konkret qərar qəbul etməmişik. Formula 1-də iştirak etməklə texnoloji planda inkişaf edəcəyimizi düşünürük”.

Əslində “Honda”nın qayıdışından sonra yenidən “Red Bull”la əməkdaşlıq edəcəyi gözlənilirdi. Amma Avstriya komandası gözlənilmədən “Ford”la müqavilə bağlayıb.