Martın 5-də Bəhreyndə Formula 1 üzrə dünya çempionatı start götürəcək. Sport24.az xəbər verir ki, jomandalar artıq həftəsonu keçiriləcək test yarışlarına hazırlaşır. İştirakçıların əksəriyyəti bolidlərini ictimaiyyətə təqdim etsə də, “Haas” yarış avtomobilinin bəzi elementlərinin görüntüsü ilə kifayətlənmişdi.
Artıq ABŞ komandasını bolidini tam olaraq nümayiş etdirib. Yeni yarış avtomobili “VF-23” indeksi ilə Qran-prilərdə iştirak edəcək.
Xatırladaq ki, ötən mövsüm “Haas” 38 xalla Mühəndislər Kubokunsa 8-ci yeri tutmuşdu. Mövsümün sonunda Mixael Şumaxerin oğlu Mik Şumaxer komandadan göndərilmiş və onun yerinə Niko Hyulkenberqə dəvət göndərilmişdi. Komandanın digər pilotu isə Kevin Maqnussendi.