Formula 1 insan haqları pozulan ölkələrdə Qran-priləri ləğv edə bilər. Sport24.az xəbər verir ki, bu barədə yarışın baş direkotru Stefano Domenikali məlumat verib.

Onun sözlərinə görə hətta yaxın vaxtlarda hansısa Qran-pri bu səbəbdən təqvimdən çıxarıla da bilər: “Həqiqətən də bu məsələ Formula 1-i narahat edir. İnsan haqlarının pozulmasına görə hansısa Qran-pridən imtina edə bilərik. Hətta ölkələrlə bağlanan müqavilələrə belə şərtləri də salmışıq. Bu işlə məşğul olan xüsusi mütəxəssislərimiz də var. Onlar Qran-prilər keçirilən ölkələrdə insan hüquqları ilə bağlı prosesləri izləyir”.