Formula 1 komandalarından olan "Haas" yeni bolidini təqdim edib. Sport24.az xəbər verir ki, VF-23 bolidi ilk olaraq yarış trekində test yürüşü edəcək.

Bundan sonra Dünya çempionatının 23-25 fevralda keçiriləcək test yürüşlərində istifadə ediləcək. Bir həftə sonra start götürəcək Bəhreyn Qran-Prisində isə rəsmi yarışlara qoşulacaq.