Formula 1-in texniki direktoru Pet Simonds Maks Ferstappenin dahi pilot kimi qələmə verilməsinin əleyhinədi. Sport24.azxəbər verir ki, o, son iki mövsümün qalibinin şəraitə görə uğur qazandığını iddia edib: “Formula 1-də keçmişdən bəri dahi adlandırılan pilotlar bu idman növünün qəhrəmanları olub. İndidən Maksa dahi adı verməyin əsası yoxdu. Hərçənd, o, ötən mövsüm möhtəşəm çıxış etdi. Amma gəlin,  qəbul edək ki, mövsümün ortasında “Ferrari” gerilədikdən sonra Ferstappenin işi asanlaşdı".

Simondsun fikrincə, niderlandlı pilot sadəcə uyğun şəraitdən istifadə edir: "Onun etdiklərini kölgə altına almaq istəmirəm. Sadəcə, gəlin bir qədər gözləyək. Mənim nöqteyi nəzərimdən dahi pilot bolidin texniki imkanlarından daha artığını edənlərə deyirlər”.