"Formula-1" üzrə dünya çempionatında Yaponiya Qran-prisi baş tutub.

Sport24.az xəbər verir ki, Suzuka avtodromunda Maks Ferstappen finişi birinci keçib.

"Red Bull"un sürücüsü komanda yoldaşı Serxio Peres və "Ferrari"dən Karlos Saynsı arxada qoyub. Ferstappen mövsümün 4 yürüşdən 3-də qalib olub.

Sürücülərin yarışında niderlandlı pilot 77 xalla yarışa 1-ci pillədə qərarlaşıb. Növbəti yerləri tutan Serxio Peresin 64, Şarl Leklerin isə 59 xalı var.

Qeyd edək ki, növbəti yarış aprelin 19-21-də Çində keçiriləcək.

Formula-1. Yaponiya Qran-prisi.

1. Maks Ferstappen ("Red Bull") — 53 dövrə.
2. Serxio Peres ("Red Bull") +12.535.
3. Karlos Sayns ("Ferrari") +20.866.
4. Şarl Lekler ("Ferrari") +26.522.
5. Lando Norris ("Maklaren") +29.700.
6. Fernando Alonso ("Aston Martin") +44.272.
7. Corc Rassell ("Mersedes") +45.951.
8. Oskar Piastri ("Maklaren") +47.525.
9. Lyuis Hemilton ("Mersedes") +48.626.
10. Yuki Tsunoda ("RB") +1 dövrə.