2025-ci ilin "Formula-1" yarışlarının təqvimi açıqlanıb.

Sport24.az xəbər verir ki, gələn il yarış 24 Qran-pridən ibarət olacaq.

Bakıdakı yarışın da vaxtı dəqiqləşib. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Ölkəmizdəki yarış turnirin 17-ci mərhələsidir.

75-ci mövsümə martın 14-16-da Avstraliyada start veriləcək.

1. Melburn (Avstraliya) – 16 mart
2. Şanxay (Çin) – 23 mart
3. Suzuka (Yaponiya) – 6 aprel
4. Sakhir (Bəhreyn) – 13 aprel
5. Cedda (Səudiyyə Ərəbistanı) – 20 aprel
6. Mayami (ABŞ) – 14 may
7. Emiliya Romanya (İtaliya) – 18 may
8. Monte Karlo (Monako) – 25 may
9. Barselona (İspaniya) – 1 iyun
10. Monreal (Kanada) – 15 iyun
11. Spilberq (Avstriya) – 29 iyun
12. Silverstoun (Böyük Britaniya) – 6 iyul
13. Spa (Belçika) – 27 iyul
14. Budapeşt (Macarıstan) – 3 avqust
15. Zandvurt (Niderland) – 31 avqust
16. Montsa (İtaliya) – 7 sentyabr
17. Bakı (Azərbaycan) – 21 sentyabr
18. Marina Bay (Sinqapur) – 5 oktyabr
19. Ostin (ABŞ) – 19 oktyabr
20. Mexiko (Meksika) – 26 oktyabr
21. San Paulu (Braziliya) – 9 noyabr
22. Las-Veqas (ABŞ) – 22 noyabr
23 Losail (Qətər) – 30 noyabr
24. Abu-Dabi (BƏƏ) – 7 dekabr

Qeyd edək ki, bu il Bakıdakı yarış sentyabrın 13-15-də baş tutacaq.