Formula 1-də elektrik mühərriklərindən istifadə olunmayacaq. Sport24.az xəbər verir ki, bu barədə yarışın rəhbəri Stefano Domenikali məlumat verib.

O, indiki vəziyyətdə dəyişikliyə ehtiyac duymadıqlarını söyləyib: “Bizə elektrik mühərrikləri lazım deyil. Avtomobillərin modifikasiyasını dəyişmədən zərərli tullantılardan da yaxa qurtarmaq mümkündür. Bunun üçün bolidləri dəyişməyə ehtiyac yoxdur”. Xatırladaq ki, ötən həftə Avropa Parlamenti 2035-ci ildən ildən benzin və dizel yanacağı ilə hərəkət edən avtomobillərin satışının dayandırılacağı ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, 2030-cu ildən etibarən avtomobillərdən kənara atılan zərərli qazların həcmi azaldılacaq. Bu göstərici 2021-ci illə müqayisədə 55 faiz az olmaldır. Leb