Formula 1 üzrə hazırkı dünya çempionu Maks Ferstappenin atası Yos Ferstappen karyerasında ilk dəfə ralli yarışının qalibi olub. Sport24.az xəbər verir ki, Belçikada keçirilən daxili çempionatda Motenberq rallisində “Şkoda” komandasının pilotu kimi uğur qazanıb.

O, səhhətində problemlər səbəbindən mövsümün ilk yarışlarında sükan arxasında əyləşməmişdi.

Qeyd edək ki, niderlandlı pilot 1994-2003-cü illər aralığında Formula 1-də yarışsa da, heç bir Qran-prinin qalibi ola bilməmişdi.