Formula-1'-də mövsümü zəif və qeyri-sabit keçirən ''Haas''ın sahibi Günter Ştayner bu mövzu ilə bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, bu mövsüm ''Haas'' pilotları dəfələrlə təsnifatda yaxşı nəticələr göstərsələr də, əsas yarışda eyni performansı sərgiləyə bilməyərək zəif çıxışla yadda qalıblar.

Ştaynerin fikrincə, eyni problemlə ''Ferrari'' də üzləşir. ''Haas'' hazırda ''Ferrari''nin mühərrikindən istifadə edir: ''Ferrari'' ilə paralellər aparmaq olar. Onlar da yarışlarda bəzi trasslarda uduzurlar. Səbəbini dəqiq bilsəydim, artıq bunun üzərində işləməyə başlayardıq. Belə vəziyyətlərdə öyrəşmişik ki, hər şeyi aerodinamik turba və ya buna bənzər şeylərin üstünə ataq. Amma problemə qlobal baxmaq və hər detalı nəzərə almaq lazımdı. Bəlkə problem asma yaylardadı? Ola bilər. Amma asma yayın da dəqiq hansı hissəsində problem olduğunu tapmalıyıq. 'Ferrari''nin qapısını döyüb ''hər şeydə siz günahkarsız'' deyə bilmərəm. Bu, ən sadə çıxış yolu olardı. Onlar da, biz də, problemin kökünü tapmalıyıq. Çünki belə qənaətə gəlmək olar ki, ''Haas'' və ''Ferrari''nin problemləri eynidi''.