Sabiq “Ferrari” pilotu Felipe Massa komandanın problemlərindən danışıb. Sport24.az xəbər verir ki, o, İtaliya təmsçilçisinin pilotlarına görə uğursuzluq yaşamadığını bildirib: “Ferrari”nin yeni rəhbəri Frederik Vasser hamı ilə əla münasibətlər qurmalıdır. O, idarəetməni çox yaxşı bacarır. Sadəcə, indiki vəziyyətdə vaxt onun əleyhinə işləyir. Çünki komanda uzun müddətdir ki, çempion ola bilmir. Bu da təzyiq yaradır".

Massa hazırda “Ferrari”nin şərəfini qoruyan pilotları isə bəyəndiyini vurğulayıb: "Lekler və Sayns titula iddialı pilotlardır. Bu komandanın problemi pilotları deyil. Şarl yarışlarda necə qalib gəlmək lazım olduğunu sübut edib. Bu iki pilot komandaları üçün çox faydalıdı”.

Xatırladaq ki, “Ferrari” pilotu ötən mövsüm 554 xalla Mühəndislər Kubokunda 2-ci pilləni tutub. İtaliya təmsilçisi yeni bolidini fevralın 14-də ictimaiyyətə təqdim edəcək.