“Ferrari” pilotu Karlos Sayns ötən mövsüm uğur qazana bilməmələrinin səbəbindən danşıb. Sport24.az xəbər verir ki, ispaniyalı yarış iştirakçısı bolidlərinin ideal olmadığını etiraf edib: “Düzünə qalsa, ötən ilki maşınla çempionluq uğrunda mübarizəyə hazır deyildim. Mən ötən ilin çempionatında 2021-ci ilin bolidi ilə mübarizə aparsaydım, nədənsə danışmaq olardı. “Ferrari”yə gəldiyim ilk ildə özümü göstərə bilmişdim. Amma ötən mövsüm vəziyyət bir qədər fərqli idi. Formula 1 pilotunun uzun karyerası olur. Elə maşınlar olur ki, siz onunla ən yaxşı nəticə ilə yadda qala bilərsiniz. Yaxud da, çatışmazlığı olan bolid də sizə həvalə oluna bilər”.