Bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən “Ferrari”nin uğursuzluğunun səbəbi məlum olub. Sport24.az xəbər verir ki, İtaliya mətbuatı komandanın mühəndisləri yeni bolidi hazırlayarkən müəyyən səhvlərə yol veridoyini yazıb.

Məhz bu səhvlərin nəticəsində yarışlarda bolidin şinlərinin yeyilməsi prosesi baş verir. Buna baxmayaraq, komandanın sürəti rəhbərliyi qane edir. Yaxın vaxtlarda “Ferrari”nin bu problemləri yoluna qoyacağı gözlənilir.

Xatırladaq ki, mövsümün ilk iki Qran-prisində “Ferrari” pilotları fəxri kürsüyə yüksələ bilməyib.