“Böyük Dəbilqə” seriyalı turnirlərin 20 qat qalibi Rocer Federer həftəsonu keçirilən Formula 1 üzrə Mayami Qran-prisini izləyib. Sport24.az xəbər verir ki, əfsanəvi isveçrəli tennisçi “Mersedes”in fəxri qonağı da olub.

Rocer Almaniya komandasının boksuunu ziyarət edib və bolidin sükanı arxasına əyləşərək mühəndislərlə birgə şəkil çəkdirib.

Xatırladaq ki, 41 yaşlı Federer ötən ilin sentyabrında Londonda keçirilən Leyver Kubokunda karyerasını başa vurmuşdu. İsveçrəli raketka ustası son oyununda Rafael Nadalla birgə cüt yarışında mübarizə aparmışdı.