Bu il keçiriləcək “Avroviziya” müsabiqəsinə seçim məqsədilə Finlandiyada təşkil olunan musiqi müsabiqəsində Formula 1-üzrə dünya çempionu Kimi Raykkonenin adı olan mahnı səslənib. Sport24.az xəbər verir ki, müsabiqədə iştirak edən “Poriton Boys” qrupunun “Eyni səmaya baxırıq” mahnısında 2007-ci ilin dünya çempionuna aid hissə bundan ibarətdir: “Siz Kimi Raykkoneni tanıyırsınız? Bəli! O, Formula 1 çempionu olub. Elədir! Hər nə qədər biz Avropada ayrı yollarla addımlasaq da, istənilən halda eyni səmaya baxırıq”.

Maraqlıdır ki, Raykkonen müsabiqədə adı mahnıda çəkilən ilk finlandiyalı Formula 1 pilotu deyil. Ötən ilin dekabrında da müsabiqəyə qatılan hip-hop ifaçılarından biri Valtteri Bottasa aid mahnı oxumuşdu. Yeri gəlmişkən, Raykkonenə aid musiqi parçasını “YouTube” platformasından 2,2 milyon istifdəçi izləyib.