Son iki mövsümdə Mühəndislər Kubokunun qalibi olan “Red Bull” komandası yeni mövsümdə də çempionluğa əsas namizəddi. Sport24.az xəbər verir ki, Avstriya komandasının rəhbəri Helmut Marko isə ötən mövsmdə olduğu kimi komandasının Qran-prilərdə dominantlıq edəcəyini düşünmür: “Bəli, biz titulumuzu qorumaq istəyirik. Amma 2022-ci ildə olduğu kimi çempionatda hegemonluq edəcəyimizi düşünmürük. Komandaların strukturunu və pilotların keyfiyyətini nəzərə alsaq, əsas rəqibimiz “Mersedes” olacaq. Almaniya komandası ötən mövsüm sübut etdi ki, yaxşı strategiya qurmağı bacarırlar. Rassell getdikcə güclənir, Hemilton da artıq xal toplamağı bacarır. Elə “Ferrari” də güclənib. Amma ötən mövsümdə olduğu kimi bolidimiz yenə də lazım olduğu səviyyədə çalışsa, narahatçılığımza heç bir əsas olmayacaq”