2026-cı ildən etibarən daha bir komanda Formula 1 yarışlarında debüt etmək istəyir. Sport24.az xəbər verir ki, söhbət “Rodin Carlin”dən gedir.

Adıçəkilən komanda Formula 2 və Formnula 3 də daxil olmaqla müxtəlif sürət yarışlarında iştirak edir. Komandanın avstraliyalı sərmayədarı Devid Diker Formula 1-də də yarışmaları üçün əlindən gələni edəcəyini söyləyib: “Hamı Formula 1-də iştirakı özün hədəf seçir. Çünki ondan yaxşı yarış yoxdu. Bütün seriyalar Formula 1-in yanında parlaqlığını itirir. Mühərriklərimizi hazırlamaq istəyirik. Bunun üçün əlimizin altında hər cür imkan var”.