Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin mükafatlandırma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, qalib Oskar Piastriyə mükafatı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.
İkinci yeri tutan Şarl Leklərə mükafatı gənclər və idman naziri Fərid Qayıbov, üçüncü yerin sahibi Corc Rassellə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov verib.
Qeyd edək ki, Piastri karyerasında ikinci dəfə qələbə qazanıb.