Vaxtilə Formula 1-də mübarizə aparan “Benetton” və “Reno” komandasının rəhbəri Fabio Briatore yeni mövsümü dəyərləndirib. Sport24.az xəbər verir ki, məşhur funksioner mövsümün ən uğurlu pilotlarından olan Fernando Alonsonun titul şansından da danışıb: “Red Bull”un artıq çempion olması ilə bağlı səsləndirilən fikirlərə qatılmıram. Bir qədər gözləmə mövqeyi tutardım. “Aston Martin”in bolidi hələ öz “bakirəliyini qoruyur”. Bu yarış maşını daha da güclənə bilər. Digərləri öz problemləri ilə vurnuxduğu məqamada öz bolidini mükəmməl şəkildə idarə edir. Onun çempionluq uğrunda mübarizə aparmaq şansı varsa, bundan yararlanacaq”.

Xatırladaq ki, Alonso ilk iki Qran-pridə 3-cü pilləni tutub. O, Səudiyyə Ərəbistanı Qran-prisində karyerasında 100-cü dəfə fəxri kürsüyə yüksəlib.