Formula 1-də mübarizə aparan “Aston Martin” komandası ictiamiyyəti yeni bolidi ilə tanış edib. Sport24.az xəbər verir ki, Böyük Britaniya komandasının yarış avtomobili “AMR23” adlanacaq.

Ötən ili 7-cı sırada başa vuran “Aston Martin” yeni mövsümdə kanadalı Lens Strolla ispaniyalı 2 qat dünya çempionu Fernando Alonsoya güvənəcək.

Qeyd edək ki, 4 qat dünya çempionu Sebastyan Fettelin karyerasını bitirməsindən sonra “Aston Martin” “Alpin”də çıxış edən Fernando Alonsoya dəvət göndərib. Xatırladaq ki, Böyük Britaniyanı təmsil edən “Uilyams”la “Maklaren” də sürət həvəskarlarına yeni bolidlərini təqdim edib.