Sabiq Formula 1 pilotu Conni Herbert ABŞ-da Formula 1-ə marağın artmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, Ekklstoun dövrü ilə müqayisədə “Kral avtoyarışları”nın okeanın o tayında populyarlaşdığını xüsusi şəkildə qeyd edib: “Formula 1 həqiqətən də Amerikada sürət yığır. Hər halda, Las Veqas, Ostin və Mayamidə yarışların keçirilməsi çox şeydən xəbər verir. Təbii ki, “Drive to Srvove” amerikalı azarkeşlərin gözünü açdı. Əslində, ABŞ-da Formula 1 fanatları həmişə olub, sadəcə, onların sayı çox az idi. Amerikanı fəth etmək həmişə çətin olub. Berni Ekksltoun illərlə buna cəhd etdi, amma alındıra bilmədi. Yadımdadır, 1989-cu ildə həyat yoldaşımla Finiksə gələrkən, bir cütlüklə üzləşdik, onlara bizdən haradan gəldiyimizi və nə üçün gəldiyimiz soruşdular. Formula 1 üçün gəldiyimizi dedikdə, “o nədir” sualını verdilər. Axırda dedilər ki, “biz bura dəvəquşuların yarışını izləməyə gəlmişik” söylədilər. Həqiqətən də ABŞ-da dəvəquşuların yarışı Formula 1-dən daha populyar olub. İndi vəziyyət yaxşılığa doğru dəyişib!”.

Xatırladaq ki, növbəti həftə Formula 1-də Mayami Qran-prisi keçiriləcək.