"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Tiraspol klubu nigeriyalı futbolçu Uçe Qideon Qudladı heyətinə qatıb.
Hücumameyilli yarımmüdafiəçinin son klubu İsrail "Makkabi Petx-Tıkva"sı olub.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Zirə" səfərdə "Şerif"i 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması iyulun 18-də keçiriləcək.