Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, PFL rəsmisi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda fəaliyyət göstərəcək.

 

O, avqustun 15-də Türkiyədə yerli "Başakşəhər" və Gürcüstanın "İberiya" komandaları arasında keçiriləcək matçın UEFA nümayəndəsi olacaq.