Fransisko Konseysao karyerasını "Yuventus"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə əsasən, Turin klubu futbolçunun keçidini "Portu" ilə razılaşıb. İtalyanlar Konsesaonun transferinə görə Portiqaliya klubuna 30 milyon avrodan çox ödəniş edəcək.
Qeyd edək ki, 22 yaşlı vinger son mövsümdə "Yuventus"da icarə əsasında çıxış edib, 40 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə verib. O, həmçinin, klublararası dünya çempionatında da turinliləri təmsil edib və 3 matçda 2 dəfə fərqlənib.