"Yuventus" Kərim Alaybeqoviçin transferi ilə bağlı Leverkuzen "Bayer"i ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Turin klubu 18 yaşlı bosniyalı üçün 33 milyon avro ödəyəcək. Alman klubu futbolçunun satışından bonuslarla birgə 40 milyon avro qazanacaq.

 

Alaybeqoviçin "Bayer"lə müqaviləsi 2031-ci ilin yayına qədərdir. Cinah hücumçusu ötən mövsümü "Zaltsburq"da keçirib və sonra Leverkuzenə qayıdıb. Ötən mövsüm 18 yaşlı futbolçu meydana çıxdığı 44 oyunda, 13 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

 

Qeyd edək ki, Alaybeqoviç DÇ_2026-da Bosniya və Herseqovina millisində dörd oyun keçirib və bir qol vurub. Bununla da o, mundillar tarixində qol vuran ən gənc on oyunçudan biri olub.