Rusiyalı qapıçı Yevgeni Latışonok bir gündə üç komandada olmağı bacarıb. Sport24.az xəbər verir ki, bu barədə Sport24.ru məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Latışonok iyulun 29-u səhər saatlarında "Zenit"də heyətində yer alıb. 

 

Moskva vaxtı ilə saat 12:00-da Latışonokun "Zenit"dən "Nijni Novqorod"a keçdiyi açıqlanıb. O, Nijni Novqorod komandası ilə üç illik müqavilə imzalayıb.

 

Həmin axşam, Moskva vaxtı ilə saat 21:00-da isə "Nijni Novqorod" Latışonoku RPL-in digər təmsilçisi "Baltika"ya bir mövsümlük icarəyə verdiyi barədə məlumat yayıb.