Braziliya Futbol Konfederasiyası Neymar üçün vida matçı keçirməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "O Globo" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, bu ideya hələ ilkin mərhələdədir.

 

Qeyd edək ki, bir müddət əvvəl 34 yaşlı Neymar Braziliya millisindən ayrıldığını açıqlayıb. O, milli komandada debütünü 2010-cu ildə edib. Neymar millinin heyətində turnirlərdə 130 oyunda 80 qol və 59 məhsuldar ötürmə ilə komandanın bütün zamanların ən çox qol vuran oyunçusu kimi yadda qalıb.