"Olimpiakos" "Mançester Siti"nin keçmiş qapıçısı Stefan Orteqa ilə müqavilə imzalayıb. 35 yaşlı futbolçu bir mövsümlük müqavilə imzalayıb. Sport24.az  xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

 

Orteqa karyerası ərzində "Arminia", "1860 Münhen", "Mançester Siti" və "Nottingem Forest" klublarında oynayıb. Alman qapıçı "Siti" ilə iki İngiltərə çempionluğu, Çempionlar Liqası və bir neçə digər kuboku qazanıb.

 

Qeyd edək ki, qolkiper ötən mövsüm "Nottingem Forest"də 10 oyun keçirib və 12 qol buraxıb.