Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, "Zirə" Sumqayıtda Estoniya təmsilçisi "Payde"ni qonaq edir.
Tərəflər arasında baş tutan ilk görüş Estoniya klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, cütün qalibi 3-cü mərhələdə Avstriya "Rapid"i ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20:00. "Zirə - "Payde" (Estoniya)
Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)
Sumqayıt. Şəhər stadionu