Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur. Sport24.az xəbər verir ki, bu turnirdə yeganə təmsilçimiz "Qarabağ" Bolqarıstanda ÇSKA-nın qonağı olacaq.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Bu komandalar arasında Bakıda keçirilən görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Şerif" (Moldova) – "Makkabi" (Tel-Əviv, İsrail) cütünün güclüsü ilə qarşılaşacaq. "Makkabi" ilk oyunda 5 cavabsız qolla qalib gəlib.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
22:00. SSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:0
Baş hakim: Bran van Den Dries (Belçika)
Sofiya. Vasili Levski Milli Stadionu