"Sabah" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Sport24.az-ın məlumatına görə, Azərbaycan çempionu pley-off mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində yer alacaq.

Komandanın mümkün rəqibləri üç cütün qalibi, həmçinin Yunanıstan və Şotlandiya çempionu olacaq.

"Bayquşlar" növbəti raundda aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələ bilər:

"Srvena Zvezda" (Serbiya) – "Hapoel" (Beer-Şeva, İsrail) cütünün qalibi
"Dinamo" (Zaqreb, Xorvatiya) – "Jalqiris" (Litva) cütünün qalibi
"Seltik" (Şotlandiya)
"Slovan" (Bratislava, Slovakiya) – "Myellbü" (İsveç) cütünün qalibi
AEK (Yunanıstan)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü avqustun 3-də keçiriləcək. "Sabah" isə III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə qarşılaşacaq.