Fransa milli komandası Zinəddin Zidanın baş məşqçi təyin olunmasından sonra loqosunu dəyişib. Sport24.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası sosial mediada məlumat yayıb.

 

Yeni emblem ölkənin ənənəvi simvolu olan Qalliya xoruzunu qoruyub saxlayır. Bundan əlavə, loqotipdə artıq "Fransa" sözü var və "FFF" abreviaturası bir qədər kiçildilib.