İsveçin Göteborq şəhərində keçirilən "Qetii Kuboku"na qatılan Efiopiyanın gənclərdən ibarət komandası yoxa çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "Goteborg-Posten" məlumat yayıb.
Mənbənin sözlərinə görə, itkin düşənlər arasında 14-17 yaş arası 20 gənc oyunçu və bir baş məşqçidir. Komanda turnirin son günündə yarış zamanı qaldıqları məktəbi xəbərdarlıq etmədən tərk edib.
Afrikalı yeniyetmələr, çox güman ki, vətənlərinə qayıtmaq əvəzinə, İsveçdə qaçqın olmağı könüllü olaraq seçiblər.
"Bunun arxasında insan alveri və ya oxşar bir şey kimi hər hansı bir cinayətkar fəaliyyətin əlamətləri yoxdur", - İsveç polisi bildirib.