Kabo-Verde millisinin qolkiperi Vozinyanın "Kolo-Kolo" klubundakı maaşı bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə Çili mətbuatı məlumat yayıb.
DÇ-2026-nın qəhrəmanlarından biri yeni müqavilə bağladığı klubda ayda 49.800 dollar maaş alacaq.
Müqayisə üçün o da bildirilib ki, "Kolo Kolo"nın formasını geyinən Arturo Vidalın aylıq məvacibi 120 min dollar təşkil edir.
Qeyd edək ki, 40 yaşlı Vozinyanın son klubu Portuqaliyanın ikinci divizionunda çıxış edən "Şaves" olub.