"Mançester Yunayted"in də transfer etmək istədiyi İsmaila Sarr Türkiyəyə yollana bilər. Sport24.az xəbər verir ki, "Kristal Pelas"ın 28 yaşlı futbolçusu "Fənərbaxça"nın transfer siyahısındadır.

 

Türkiyə klubu seneqallı futbolçunun keçidi üçün hərəkətə keçib. Sarrın "Kristal Pelas"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

 

O, karyerasına İngiltərədə, yoxsa Türkiyədə davam edəcəyinə bu həftə qərar verməlidir. İsmaila "Metz", "Renn", "Uotford, "Marsel" kublarında oynayıb.