"Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda sabah "Dinamo"nun qonağı olacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" matçın keçiriləcəyi Bolqarıstana çatıb.

 

Komanda bu gün oyunöncəsi son məşqinə çıxacaq.

 

"Neftçi" ilk görüşdə 2:4 hesabıyla uduzub. Beroe şəhər stadionunda baş tutacaq cavab matçına saat 21:00-da start veriləcək.