Yeni mövsüm üçün heyətini formalaşdıran MOİK daha bir transferini reallaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, son olaraq "Səbail"in formasını geyinən hücumçu Kamran Quliyev paytaxt təmsilçisi ilə anlaşıb.


26 yaşlı futbolçu yeni mövsümdə MOİK-in uğurları üçün çalışacaq.

Qeyd edək ki, MOİK daha əvvəl Yusif Nəbiyev və Kamran İbrahimovu heyətinə qatıb.