Fransanın "Strasburq" klubu "Çelsi"nin qapıçısı Filip Yorgenseni heyətinə qatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, tərəflər arasında razılaşma əldə olunub və transferin bu gecə rəsmiləşdirilməsi gözlənilir.

24 yaşlı qolkiperlə maraqlanan "Koventri Siti" konkret addım atmayıb. İngiltərə klubu bunun əvəzinə "Brayton"un qapıçısı Karl Raşvortu transfer etməyə hazırlaşır.

Beləliklə, Filip Yorgensenin yeni mövsümdən etibarən "Strasburq"un formasını geyinməsi gözlənilir.